Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2024 , 09:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Paytaxtda büdcə gəliri yüksək olan bələdiyyələr sırasına biri də qoşulub

“Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə isə ötən il ümumi büdcə gəlirləri 16,6 milyon manat (əvvəlki illə müqayisədə 2,3 milyon manat (16%) çox), yerli vergilərdən daxil olmalar isə 11,9 milyon manat (əvvəlki illə müqayisədə 1,3 milyon manat (12%çox)) olub”- bu fikirlər  Aprelin 2-3-də nazirliyin Bələdiyyələrlə İş Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrlərinin iştirakı ilə keçirilən seminar-müşavirədə Mərkəzin rəisi Rəhman Məmmədov bildirib.

Mərkəz rəisi həmçinin bildirb ki, paytaxt bələdiyyələri arasında büdcə gəliri bir milyon manatı olan dörd bələdiyyə sirasına biri də əlavə olunub. 2022-ci ildə Xətai, Nərimanov, Yasamal və Nəsimi Bələdiyyələrinin sırasına  2023-cü ilin nəticələrinə görə Səbail Bələdiyyəsi də qoşulub. Ancaq ölkə üzrə birinci sırada bu dəfə iki milyon manatlıq həddi keçərək Xətai Bələdiyyəsi  qərarlaşıb.  

Seminar müşavirədə həmçinin dəqiq və tam vergi uçotunun qurulmasının başa çatdırılması, debitor borcların həlli, vergi ödəyiciləri ilə vergilərin ödənilməsinin zəruriliyi barədə izah işi aparılması, borclu şəxslərlə bağlı pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi tədbirlərinin gücləndirilməsinin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər